"Dəyərlərimizi qoruyaq" layihəsi davam edir

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq Novruz bayramına həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" adlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində martın 18-də məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Anaxanım Məmmədova və Kəmalə Nəbiyevanın təşkilatçılığı ilə "Novruz gəlir, Yaz gəlir" adlı tədbir keçirildi.

Tədbirdə Novruz adət-ənələrini özündə əks etdirən səhnəciklər, rəqslər və haqqıştalar səsləndirildi.

Tədbirdə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, sağlamlıq və bol ruzi bərəkət arzuladı.

    Sonda hər kəs həmrəylik göstərərək birlikdə yallı getdilər.

#dəyərlərimiziqoruyaq

#Novruzgəlir, #Yazgəlir

#fəalməktəb

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi