"Dəyərlərimizi qoruyaq" layihəsi icra olunur

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq Novruz bayramına həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" adlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində martın 15-də məktəbin foyesində UBTR Sevinc Abdullayevanın və İbtidai sinif müəllimlərinin birgə təşkilatçılığı ilə Novruz adətlərini əks etdirən güşə hazırlandı. Novruzun əsas atributlarından olan əl işlərindən ibarət xonçalar bəzədildi .

"Xonça müsabiqəsində" I-IV siniflər iştirak etdi. Müsabiqədə siniflər fəal iştirak etdiklərinə görə Sertifikatla təltif olundular.

Müsabiqənin sonunda məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova balaca fidanlarımızla Novruz adətlərinə uyğun yumurta yarışında iştirak etdi.

    Sonda şagirdlər və müəllimlər birgə rəqs edərək yallı getdilər.

#dəyərlərimiziqoruyaq

#Xonçamüsabiqəsi

#fəalməktəb

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi