65 İLLİK YUBİLEYƏ HƏSR OLUNMUŞ TƏDBİR

    Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyətin ən əziz, ən qiymətli sərvəti olan uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir.

Məktəbin GÇQH müəllimi Ələddin Cəfərovun və Azərbaycan dili və Ədəbiyyat müəllimi Gülxumar Əliyevanın 65 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova çıxış edərək müəllimlərimizi təbrik edib, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladı. Daha sonra məktəbin pedaqoji heyətinin bir qismi və şagirdləri öz ürək sözlərini müəllimlərə çatdırdılar.

    Tədbirin sonunda müəllimlər əmək fəaliyyətində göstərdikləri nailiyyətlərə görə Fəxri Fərmanla təltif edildi və onlarla xatirə şəkilləri çəkildi.

#fəalməktəb

#YAPSəbailrayontəşkilatı

#sağlamtəhsilmühiti

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi