"Uşaq Hüquqları Tribunası" adlı konfrans keçirilmişdir

    17 noyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, qardaş Türkiyədən olan qonaqların və ictimai fəallığı ilə seçilən Bakı məktəblilərinin iştirakı ilə "Uşaq Hüquqları Tribunası" adlı konfrans keçirilmişdir. Konfransda məktəbimizin IX sinif şagirdi Zərifə Etə, XI sinif şagirdləri Pəri Əliyeva və Nigar Məlikova iştirak etdilər.

Konfransı açan AQUPDK-nın sədri Bahar Muradova tədbir iştirakçılarını, eləcə də qardaş Türkiyədən gələn qonaqları salamlayıb. İki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə diqqət çəkən komitə sədri müvafiq sahədə uğurlu əməkdaşlıq əlaqələrindən danışıb.

4 panel üzrə təşkil olunan konfransda 16 dövlət rəsmisi uşaq hüquqları mövzusunda geniş həcmli müzakirələr apararaq, verilən suallara ətraflı cavab veriblər.

Hüquqları bilməyin vacibliyindən, uşaqlar üçün bu gün və gələcəkdə yaradılacaq şəraitlərdən söz açılıb.

#usaqhuquqlari #AQUPDK #ushaqsefirler #ushaqhuquqlaritribunası

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi