Dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş seminar

 

Dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş seminar

    Heydər Əliyev - dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.

Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Heydər Əliyev ideyalarını əsas tutaraq məktəbin UBTR Sevinc Abdullayeva və tarix müəllimləri Tamella Seydiyeva və Haqverdi Cəfərovun təşkilatçılığı ilə X sinif şagirdlərinin iştirakı ilə seminar keçirildi. Seminarda slaydlar və film təqdim olundu. Seminar şagirdlər tərəfindən böyük maraqla qarşılandı.Şagirdləri maraqlandıran suallar cavablandırıldı və onların fikirləri dinlənildi.

#QarabağAzərbaycandır!

#ZəfərAzərbaycanaYaraşır!

#QalibLider #QalibXalq

#ÜmummilliLiderimizHeydərƏliyev

#203məktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi