Balaca Fidanların məktəbə ilk gəlişi

2023-2024-cü tədris ilində Milli Qəhrəman Riad Əhmədov adına 203 nömrəli tam orta məktəbdə də ilk dəfə məktəbə qədəm qoyan 5 yaşlı fidan balaları qarşıladı.

Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova və UBTR Abdullayeva Sevinc ilk dəfə məktəbə qədəm qoyan balaları və onların valideynlərini təbrik edib, uğurlar arzuladılar.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi