Yol hərəkəti qaydaları

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq məktəblilərə yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin aşılanması, bu barədə onların məlumatlılıq səviyyəsinin artırılması məqsədilə məktəbin ibtidai sinif müəllimi Tahirə Muradovanın təşkilatçılığı, 2B sinif şagirdlərinin iştirakı ilə "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid maraqlı şeirlər, mahnılar səsləndirib, rəngarəng səhnəciklər nümayiş etdiriblər.

Tədbirin sonunda direktor səlahiyyətlərini müvəqqəti icra edən Əzizə Kərimova şagirdlərin yol hərəkəti qaydalarını bilməsi üçün həm müəllimlərin, həm də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, şagirdlərə yolda daha diqqətli olmalarını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi