Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə

Məktəbin 10-cu sinif şagirdi Pəri Əliyevanın da iştirak etdiyi tədbir xoş xatirələrlə yadda qalıb :

İyunun 2-də Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin uşaq hüquqları ilə bağlı birgə dinləməsi keçirilib. “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusuna həsr olunmuş dinləməni açan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə dinləmədə iştirak edən uşaqların timsalında bütün uşaqları təbrik edib, tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahiba Gafarovaya təşəkkür edib.

Dinləmədən sonra tədbirdə iştirak edən uşaqlar diplomla təltif olunmuş, parlamentin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, Ulu Öndərin 100 illiyinə həsr olunmuş foto stend və Vətən Müharibəsindən bəhs edən “Zəfər Guşəsi” ilə də tanış olublar, Milli Məclisin Plenar iclas zalına baxış keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi