Uşaq festivalı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirildi. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsindəki “Uşaq festivalı”nda hər bir uşaq öz maraq dairəsinə uyğun əylənə bildi. Festivalda hər bir uşağın öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılmışdı. Məktəbin 6"B" və 6"C" sinif şagirdləri sinif rəhbərləri Aygün Quliyeva və İradə Abdullayevanın rəhbərliyi ilə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi