Yaradıcı müəllim : İnkişaf edək,etdirək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdiyi "Yaradıcı müəllim : İnkişaf edək,etdirək" təqdimat müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllimlərin potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək idi.

Mükafatlandırılmada məktəbin ingilis dili müəllimi Hilalə Cumayeva və 10-cu sinif şagirdi Pəri Əliyeva da iştirak edərək təşəkkürnamə ilə təltif olunublar. Təbrik edir, uğurlarının davamını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi