Təbiəti necə qorumaq olar

20 aprel tarixində məktəbin kimya və biologiya müəllimləri : Yeganə İsmayılova və Təranə Sadatovanın təşkilatçılığı ilə "Təbiəti qoruyaq" layihəsi çərçivəsində tədbir keçirilib. Rəngarəng səhnə ilə başlayan tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə ana təbiəti sevməyi, onu qorumağı təbliğ etmək idi. Tədbirin gedişatında şagirdlərin hazırladığı "Ekoloji problemlər və onların həlli","Təbiəti necə qorumaq olar?" və s. mövzularda müxtəlif təqdimatlar nümayiş etdirilmiş,çıxışlar böyük maraqla dinlənilmişdir. Eyni zamanda şagirdlər rəqs,musiqi sahəsində də bacarıqlarını nümayiş etdirmişlər. Tədbir zamanı Qarabağın füsunkar təbiətinin gözəlliklərindən də söz açılmış,"Xudayar təsnifi"nin sədaları altında tədbir yekunlaşdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi