Zərərli vərdişlərə və narkomaniyaya yox deyək

17 mart 2023-cü il tarixdə məktəbdə növbəti "Zərərli vərdişlərə və narkomaniyaya yox deyək" adlı geniş həcmli maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Bakı Baş Polis İdarəsinin əməkdaşı polis polkovnik leytenant Kəmalə Ələkbərova ,Səbail RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis baş leytenant Emin Bağırzadə və məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova "Narkomaniyaya yox deyək!” mövzusunda geniş təqdimatla çıxış edərək, iştirakçıları zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumatlandırdılar. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi