Yurdumuza bahar gəlir

16 mart 2023 cü il tarixdə məktəbdə xor dərnəyinin rəhbəri Rəna Hacıyeva və dərnək üzvlərinin təşkilatçılığı ilə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin musiqi müəllimi Rəna Hacıyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqda məlumat verdi.Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirildi. Xüsusilə məktəbin bioloqiya müəllimi Turanə Fərzəliyevanın səhnəcikdə yer alması, iştirakçılarda böyük maraq yaratdı.Sonda məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, tədbirdə iştirak edən şagirdlərə diplomlar təqdim etdi və gələcək həyatlarında onlara müvəffəqiyyətlər arzuladı

16 mart 2023 cü il tarixdə məktəbdə xor dərnəyinin rəhbəri Rəna Hacıyeva və dərnək üzvləri təşkilatçılığı ilə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin musiqi müəllimi Rəna Hacıyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqda məlumat verdi.Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirildi. Xüsusilə məktəbin bioloqiya müəllimi Turanə Fərzəliyevanın səhnəcikdə yer alması iştirakçılarda böyük maraq yaratdı.Sonda məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, tədbirdə iştirak edən şagirdlərə diplomlar təqdim etdi və gələcək həyatlarında onlara müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi