Heydər Əliyev ili

2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçilməkdə davam edir. Növbəti xüsusi dərs məktəbin tarix müəllimi Tamilla Seydiyeva təfərindən 10 C sinfində keçirildi. Tamilla Seydiyeva ümumilli Liderin həyat və fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Sonra şagirdlər tərəfindən Heydər Əliyevin keşməkeşli həyat yolu haqqında hazırlanan təqdimatlar dinlənildi, slaydlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi