8 Mart Beynalxalq Qadınlar Günü

6 mart 2023-cü il tarixində "8 Mart Beynalxalq Qadınlar Günü"nü münasibətilə məktəbin riyaziyyat və ingilis dili müəllimləri Jana Kəlbiyeva və Ellada Bağırova,10 B, 10 C sinif şagirdlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə fərqli və çox maraqlı tədbir keçirildi. Tədbirdə şagirdlər müxtəlif musiqi nömrələri, rəqslər və yumoristik səhnəciklər təqdim etdilər.Tədbirin ən maraqlı məqamlarından biri şagirdlərin müəllimlər arasında müxtəlif nominasiyalar üzrə xəyali müsabiqə keçirərək qalib müəllimləri mükafatlandırmaları oldu. Şagirdlərin çıxışları böyük maraq və alqışlarla qarşılandı.Belə gözəl tədbirə görə təşkilatçılara və 10 B və 10 C sinif şagirdlərinə təşəkkür edir və onların bu fəaliyyətlərinin davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi