Ümumi təhsil müəssisələrində idman həftəsi

27 fevral -3 mart tarixində “Ümumi təhsil müəssisələrində idman həftəsi” dövründə məktəbdə Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən verilən cədvələ əsasən idman yarışları, şagirdlərlə maarifləndirici söhbətlər, sağlam qidalanma və fiziki tərbiyə dərslərini təbliğ edən söhbətlər aparıldı. İdman həftəsi boyunca təşkil edilən oyunlarlarda, esse müsabiqəsi və rəsm müsabiqəsində fərqlənən siniflər məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif edildilər. Məktəbin müvəqqəti direktor vəzifəsini icra edən Əzizə Kərimova idman həftəsi boyunca fəal fiziki tərbiyə müəllimləri Aslan Kərimova, Qönçə xanıma və Vüsalə xanıma öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi