1 mart-Ümumdünya Mülki Müdafiə
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1678989489641358b10f69e7.15608758.jpg)
1 mart-Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbirlər keçirilir.
Martın 1-də məktəbin illik Fəaliyyət planının 1.3.18-ci bəndinə uyğun olaraq şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə 1 mart –Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşq keçirilmişdir. Təlim-məşq zamanı şərti olaraq baş vermiş yanğının qarşısının alınması, şagirdlərin təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verilib.