Hər şey övladımız üçün

Məktəbin psixoloqu Əliyeva Fərqanənin təşkilatçılığı ilə valideynlərlə “ Hər şey övladımız üçün “ adlı tədbiri keçirildi. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Həmişəkindən fərqli olaraq tədbirə “Uşaq himni” başladıq. Tədbirdə BŞTİ –nin metodist psixoloqu Heyran Səfərova iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd valideynlərlə məktəb arasında sıx körpü yaratmaq, müəyyən maarifləndirici mövzu haqqında məlumat vermək, bəzən uşaqların valideynə deyə bilmədiklərini sətir altı çatdırmaq, eyni zamanda valideyn-övlad sevgisini göstərməkdən ibarətdir : ümumiyyətlə bu gün ki, tədbirimizdə ən aktual, fərqli mövzularda səhnəciklər, musiqilər, video-süjetlər və s. təqdim olundu. Sonda məktəbin müvəqqəti direktor vəzifəsini icra edən Əzizə Kərimova çıxış edərək, tədbirin təşkilində fəal iştirak edən müəllim və şagirdləri fəxri fərmanla təltif etdi. Metodist psixoloq Heyran xanım isə valideynlərə maarifləndirici slayd və psixoloji eksperiment təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi