Heydər Əliyev və İqtisadiyyat

Bildiyiniz kimi müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar olaraq 16 fevral 2023-cü il tarixində məktəbin tarix müəllimi Haqverdi Cəfərov 10 A sinif şagirdləri ilə "Heydər Əliyev və İqtisadiyyat" mövzusunda təqdimat xarakterli dərs təşkil etdi.

Haqverdi Cəfərov çıxış edərək bildirdi ki, Azərbaycan iqtisadiyyatının inkişafı ən mühüm məsələlərdən biridir. Ulu öndər Heydər Əliyevin sözlərinə istinad edərək bildirmişdir ki, doğurdan da iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.Şagirdlər tərəfindən hazırlanan dahi şəxsiyyət Heydər Əliyevin həyat fəaliyyəti müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi