Qorxunun rəsmini çək

Qorxu bizi təhlükələrdən qoruyan, həyatda qalmağımızı təmin edən siqnal sistemidir. Uşaqlarda yaranan qorxular və onların səbəbləri müxtəlif ola bilər. Uşağın oynadığı oyunlar və izlədiyi cizgi filmlər uşağın inkişafına və yaşına uyğun deyilsə uşaqda başda gecə qorxuları olmaq üzrə bir çox qorxu növü formalaşdıra bilər. Təməl hisslərdən biri olan güvən hissində əksiklik olarsa, bu qorxunun yaranmasına səbəb ola bilər. Bəs qorxuları necə aradan qaldımaq olar? Bir neçə metod var ki, biz onun vasitəsiylə qorxunu korreksiya edə bilərik. Bunlardan biri “Qorxunun rəsmini çək” metodikasıdır. Uşaqlar üçün adətən qorxularının şəkilini çəkmək çətindir. Bir çox hallarda onlar çəkməkdən imtina edirlər.Rəsm vasitəsilə həm onların duyğularını öyrənə bilərik, həm də həll yolu tapmaqda istifadə edə bilərik. Bu məqsədlə məktəbin psixoloqu Əliyeva Fərqanə uşaqlarda qorxunu korreksiya etmək üçün 2a sinfində oldu. Şagirdlərdən qorxuları haqqında soruşub, rəsmini çəkməklərinin təlimatını verdi. Sonda uşaqlar qorxularını gülməli vəziyyətə salaraq bəzədilər. Beləliklədə uşaqlara təlqin edərək qorxunun onları narahat etməyəcəyini, onlardan utandıqlarını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi