Pedaqoji Şura iclası

Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmə və monitorinqlərin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.

Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasında fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.

Məktəb pedaqoji şurasının iclasına yekun vuran Əzizə Kərimova pedaqoji şurada müzakirə olunan məsələlərin yerinə yetirilməsinə hər bir kollektiv üzvünün diqqətlə yanaşmasını tövsiyə etdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi