Narkomaniyaya yox deyək!

Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə fevarlın 10-da məktəbdə müəllim və şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi.

Tədbirdə Səbail Rayon Polis İdarəsinin nümayəndələri,məktəbin şagird-müəllim kollektivi iştirak edirdi.Səbail RPİ-nin yetkinlik yaşına çatmıyanların işi üzrə bölmə rəisi Emin Bağırzadə çıxış edərək narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini verdi.

Həmçinin çıxış edən digər şəxslər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıblar.

Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edilib, şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi