III, IV siniflər üzrə məktəbdaxili Monitorinq

Məktəbin Fəaliyyət Planına əsasən fevralın 8-də məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimovanın təşəbbüsü ilə III, IV siniflər üzrə məktəbdaxili monitorinq təşkil olundu.Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparıldı. Şagirdlər onlara verilmiş vaxt müddətində Azərbaycan dili və riyaziyyat fənnlərindən öz biliklərini sınadılar. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, III,IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsidir. Eyni zamanda, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi