Gənclər Günü

2 Fevral Gənclər Günü ilə əlaqədar olaraq Polis Akademiyasında tədbir keçirildi. Tədbirdə məktəbimizin şagirdləri də daxil olmaqla Bakı şəhəri üzrə müxtəlif məktəblərin şagirdləri iştirak edirdilər.Əvvəlcə Polis Akademiyasının əməkdaşları şagirdlərə buradaki tədrislə bağlı məlumat verdilər. Gənclərin hərtərəfli inkişafı üçün yaradılmış müasir şərait,elektron kitabxana,idman zalı,yataqxanalar, eləcə də asudə vaxtın səmərəli keçirilməsi üçün görülən işlərdən söz açıldı. Və bütün bunları əyani şəkildə şagirdlərə göstərmək üçün onların Akademiyaya kiçik səyahəti təşkil edildi. Sonra Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirin sonunda xatirə fotosu çəkildi,ali məktəbə qəbul olmaq arzusunda olan şagirdlərə uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi