İmza saatı

Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən "İmza saatı" layihəsinin qonağı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva olub.

"Heydər Əliyev ili"nə həsr olunan "Heydər Əliyev və gənclik" mövzusunda keçirilən görüşdə Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, "Unity Company" şirkətinin direktoru Fikrət Əliyev, Qırğız Respublikasının Manas teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı, şair Mehrinaza Abbas, yazar-publisist Dilrabo Norkulova, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri Aygiz Baymuhammed, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı Erkinbek Serikbay iştirak ediblər.

Tədbirin açılışında moderator Fərəh Quliyeva görüşün mahiyyətini haqqında məlumat verərək, iştirak edən qonaqları təqdim edib. Daha sonra Qənirə xanım Paşayeva çıxışına başlayıb.

Çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin gənclərin inkişafına necə önəm verdiyindən, onlar üçün yaratdığı şəraitdən danışıb.

Qənirə xanım, Ümummilli Lider Heydər Əliyev ilə birlikdə iştirak etdiyi konfransların hazırlıq prosesindən də danışıb.

O çıxışı zamanı gənclərə nəinki öz tariximizi, ədəbiyyatımızı, dilimizi, mədəniyyətimizi yaxşı mənimsəməyi tövsiyyə edib, o qeyd edib ki, Türk dünyasını da öyrənmək lazımdır. Daha sonra iştirak edən qonaqlara söz verilib. Onlar Azərbaycanda olmağın verdiyi qüruru xüsusilə vurğulayıblar. Tədbirdə "Unity Company" şirkətinin direktoru Fikrət Əliyev tərəfindən iştirak edən qonaqlara, gənclərə kitab, xarıbül nişanələri hədiyyə edilib. Ümumillikdə 300 kitab Binəqədi Gənclər Evinə təqdim olunub.

Bu tədbirdə məktəbimizin 10 A sinif şagirdi,Binəqədi Gənclər Evinin fəal üzvü Fatimə Qayıbova da bu görüşdə iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi