Şəhidlər Xiyabanına ziyarət

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar olaraq məktəbin 4 B sinif şagirdləri sinif rəhbərləri Səbinə Şeydabəyovanın nəzarəti altında Şəhidlər Xiyabanını ziyarət etdilər.

Müəllim qeyd etdi ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edildi.

Şagirdlər şəhidlərin məzarına tər qərənfillər düzmüş, 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi