20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir

20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12.01.2023-cü il tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar 2023-cü il F-03 əmrini əsas tutaraq hazırlanan məktəbin Tədbirlər Planına əsasən 17 yanvar məktəbin Ədəbiyyat müəllimi Sevinc Qurbanova 5 "B" sinif şagirdləri ilə "20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirdi. İlk öncə xalqımınız qəhrəmanlıq simvolu olan şəhidlərimizin xatirəsi yad edildi. Sevinc Qurbanova şagirdlərə otuz üç il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamından məlumat verdi. Sonra mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi