33-cü ildönümünə həsr olunmuş seminar

17 yanvarda məktəbdə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş seminar keçirildi. Seminarı giriş sözü ilə məktəbin tarix müəllimi Haqverdi Cəfərov açaraq bildirdi ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 33 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar."Sonra şagirdlər 20 Yanvar hadisələri haqqında məlumat verdilər, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu qeyd etdilər.Hazırladıqları videoçarxlar nümayış etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi