V siniflərdə Sosiometrik sorğu

Qrupda psixoloji atmosferin əsas dinamikasını şəxsiyyətlərarası münasibətlər təşkil edir. Bildiyimiz kimi eyni qrupa daxil olan adamlar bir- birlərinə münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda eyni mövqe tuta bilmirlər.Qrupun hər bir üzvü özlərinin işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha doğrusu onu nə dərəcədə qəbul edib etməmələriniə görə qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən mövqeyə malik olurlar.Qrup üzvlərinin biri yüksək nüfuza malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini görməyə gözləri olmur;birinə inanıb ona arxalanmaq mümkün olduğu halda, digərinə etibar etmir,inamırlar və s. Sinifdaxili münasibəti yaxşılaşdırmaq məqsədilə məktəbin psixoloqu Fərqanə Əliyeva V siniflərdə Sosiometrik sorğu keçirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi