Təbiətimizi tanıyaq!

24 mayda Microsoft Teams platforması üzərindən Kiçik Akademiyanın Təbiət şöbəsinin təşkilatçılığı ilə məktəbimizin biologiya müəllimi Fərzəliyeva Turanə " 22 May - Beynəlxalq biomüxtəliflik günü" münasibətilə "Təbiətimizi tanıyaq!" adlı tədbir keçirdi.Tədbiri giriş sözü ilə məktəbimin direktoru Nailə Əhmədova açdı. O tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan təbiətinin gözəllikləri haqqında maraqlı məlumatlar verdi.Daha sonra Kiçik Akademiyanın üzvü olan şagirdlər öz təqdimatlarını nümayiş etdirdilər . Onlar öz apardıqları tədqiqatlar nəticəsində bir daha sübut etdilər ki, Azərbaycan təbiəti necədə gözəl və zəngindir.Kicik Akademiyanın üzvləri bildirdilər ki, son illər bəşəriyyəti narahat edən problemlərdən biri dünyada ekoloji gərginliyin artmasıdır. Bu baxımdan 2009 - cu il dekabr ayının 7- də BMT Danimarkanın Kopenhagen şəhərində biomüxtəlifliyin mühafizəsi və Qlobal İstiləşmə ilə bağlı "İqlim" sammiti keçirilmişdir. Kopenhagen sammitində 2010- cu il "Beynəlxalq biomüxtəliflik ili" elan olunmuşdur. Hər il mayın 22- si biomüxtəliflik günü kimi respublikamızda da qeyd olunur. Şagirdlərin çıxışından sonra Turanə Fərzəliyeva qeyd etdi ki, Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidentinin 2006 - ci il 24 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi