Tarix yazan sərkərdə İlham Əliyev

2020-ci il Azərbaycan Tarixinə «Şanlı Zəfər» kimi yazıldı. Prezident İlham Əliyev xalqa rəhbərlik etdiyi dövrdən bu günə qədər uğurlu siyasəti ilə Azərbaycanı günü-gündən inkişaf etdirməklə, dünya ölkələri sırasında mühüm yer tutmuşdur. 2020-ci il dönəmində 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı qısa müddətdə azad etdik. Və Müzəffər Ordumuz,eləcə də,ən əsası Müzəffər Ali Baş Komandan , cənab Prezident İlham Əliyev tarix yazdı. Bu münasibətlə "Tarix Yazan Sərkərdə İlham Əliyev" adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə maarifləndirici məlumatlar verildi. Şagirdlər hazırladıqları videotəqdimatları nümayiş etdirdilər. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən bəhs edildi. Konfransın sonunda təşkilatçılara, və fəallıqlarını nümayiş etdirən hər bir şagirdə xüsusi təşəkkür edildi. Biz bu gün əminliklə deyə bilərik ki,dövlətimiz,Vətənimiz üçün,vətənpərvər, milli ruhda gənclər yetişir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi