Maarifləndirici Seminar: “Yaxşı və Pis Toxunuşlar”

Maarifləndirici Seminar: “Yaxşı və Pis Toxunuşlar”
Məktəbimizdə 1-ci sinif şagirdləri ilə önəmli bir mövzu ətrafında seminar keçirildi.
“Bədənim mənimdir!” mesajı ilə uşaqlara bədən sərhədləri, şəxsi məkan və toxunuşların növləri haqqında sadə və anlaşılan şəkildə məlumat verildi.
Uşaqlar “yaxşı” və “pis” toxunuşun fərqini öyrəndi, özlərini narahat hiss etdikləri anda “yox deməyi”, etibar etdikləri bir böyüyə danışmağın əhəmiyyətini anladılar.
Seminar boyu interaktiv fəaliyyətlər və sadə oyunlarla mövzu daha da yadda qalan hala gətirildi.
Sonda uşaqlar duyğularını ifadə etdilər və “özümü necə qorumalıyam?” sualına cavab axtardılar.
Məqsədimiz: Uşaqların öz bədənlərinə hörmət etməyi, sərhədləri tanımağı və güvəndə olduqlarını hiss etdikləri bir məktəb mühiti yaratmaqdır.
Kiçik yaşda doğru maarifləndirmə, böyük təhlükələrin qarşısını almağın ən güclü yoludur.
Psixoloq: Türkan Nəcəfova
#BədənimMənimdir
#YaxşıVəPisToxunuşlar
#PsixolojiMaarifləndirmə
#UşaqlarÜçünTəhlükəsizlik