Asudə vaxtın səmərəli təşkili “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində ekskursiya

Asudə vaxtın səmərəli təşkili
“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində ekskursiya

3a sinif şagirdləri sinif rəhbərləri Məmmədova Rəna ilə birgə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində Zirə Eko Parkına ekskursiya etmişlər. Ekskursiyanın əsas məqsədi şagirdlərdə ekoloji düşüncə tərzini formalaşdırmaq, onları təbiəti qorumağa təşviq etmək və asudə vaxtlarını mənalı keçirmələrinə şərait yaratmaq olmuşdur.
Şagirdlər parkda müxtəlif bitki növləri, ekoloji layihələr və təbiətin mühafizəsi ilə bağlı maraqlı məlumatlarla tanış olmuş, açıq havada xoş və yadda qalan vaxt keçirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi