Asudə vaxtın səmərəli təşkili “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində muzey ekskursiyası
Asudə vaxtın səmərəli təşkili
“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində muzey ekskursiyası
2b sinif şagirdləri sinif rəhbərləri Hümbətova Minarənin təşkilatçılığı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə ekskursiya etmişlər. Ekskursiyanın məqsədi şagirdlərə xalqımızın zəngin musiqi irsini tanıtmaq, milli dəyərlərimizi sevdirmək və onların asudə vaxtını səmərəli şəkildə təşkil etmək olmuşdur.
Şagirdlər muzeydə xalq çalğı alətləri, görkəmli bəstəkarlar və ifaçılarla bağlı eksponatlarla tanış olmuş, Azərbaycan musiqisinin inkişaf yolu barədə maraqlı məlumatlar əldə etmişlər.
Bu cür maarifləndirici ekskursiyalar şagirdlərin həm bilik dairəsinin genişlənməsinə, həm də milli kimlik və mədəni irsə bağlılıqlarının formalaşmasına xidmət edir.