Məktəbimizdə BSQ davam edir

Məktəbimizdə BSQ davam edir
Bu gün məktəbimizdə 9 və 11-ci siniflər üzrə Coğrafiya, Rus dili və Musiqi, eləcə də 4-cü siniflər üzrə Texnologiya və Həyat bilgisi fənləri üzrə kağız daşıyıcılarla Böyük Summativ Qiymətləndirmə (BSQ) təşkil olundu.
Qiymətləndirmənin məqsədi şagirdlərin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək, həmçinin onların gələcək təhsil mərhələlərinə hazırlıq səviyyəsini müəyyənləşdirməkdir.
BSQ təşkilati baxımdan qaydalara uyğun şəkildə və yüksək məsuliyyətlə keçirildi.