Uşaq hüquqları mövzusunda maarifləndirici təlim

 Uşaq hüquqları mövzusunda maarifləndirici təlim
Məktəbimizdə 6, 7 və 8-ci sinif şagirdlərinin bir qrupunun iştirakı ilə interaktiv təlim keçirilmişdir. Təlim BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında şagirdlərə hüquqlarını öyrətmək, onların sosial və hüquqi biliklərini artırmaq məqsədi daşıyırdı.

Təlim T.İsmayılov adına 6 saylı liseyin psixoloqu Aqil Mübariz tərəfindən aparılmış, müxtəlif situasiya tapşırıqları və müzakirələrlə zənginləşdirilmişdir. Şagirdlər mövzuya böyük maraq göstərmiş, aktiv iştirak etmişlər.
 Faydalı və maarifləndirici təlim üçün Aqil müəllimə təşəkkürümüzü bildiririk.
#UşaqHüquqları #Maarifləndirmə #PsixolojiTəlim  #UşaqQorunmalıdır #Təhsil #İnteraktivTəlim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi