Bakı Slavyan Universitetində “Yeni dövrün gəncliyi” mövzusunda I Respublika Tələbə-Şagird Konfransı keçirildi.

Bakı Slavyan Universitetində “Yeni dövrün gəncliyi” mövzusunda I Respublika Tələbə-Şagird Konfransı keçirildi.
Konfransda məktəbimizin şagirdləri də fəal iştirak etdilər. Tədbirdə respublikanın müxtəlif bölgələrindən olan fəal şagird və tələbələr çıxış edərək müasir dövrdə gənclərin rolu, onların vətənpərvərlik ruhunda formalaşması, elmi potensialı və sosial təşəbbüsləri barədə maraqlı təqdimatlar təqdim etdilər.
Konfrans çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparıldı, gənclərin inkişafı ilə bağlı çağırışlar və təkliflər səsləndirildi.
#BSU #məktəb202
#TələbəŞagirdKonfransı