Tarixə Səyahət: “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna Ekskursiya

Tarixə Səyahət: “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna Ekskursiya
Şagirdlərimizlə birlikdə zəngin tarixi və mədəni irsimizin qorunduğu “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna maraqlı və maarifləndirici ekskursiya təşkil olundu. Bu səfər zamanı şagirdlər qədim yaşayış məskənləri, memarlıq nümunələri və etnoqrafik eksponatlarla tanış olaraq Azərbaycan xalqının qədim həyat tərzi, adət-ənənələri və sənətkarlıq nümunələri haqqında ətraflı məlumat əldə etdilər.
Ekskursiya şagirdlərin tarixi biliklərini genişləndirməklə yanaşı, onlarda milli-mədəni dəyərlərimizə olan maraq və hörmət hissini də gücləndirdi.