Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi

Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi
Mayın 16-da məktəbimizdə cari məsələlərə həsr olunmuş Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclasda məktəb rəhbərliyi və pedaqoji kollektivin iştirakı ilə görülmüş işlərə nəzər salınıb, tədrisin keyfiyyətinin artırılması və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunub.
Tədris ilində keçirilmiş monitorinqlərin nəticələri təhlil olunaraq, şagirdlərin dərsə davamiyyəti və akademik göstəriciləri qiymətləndirilib. Müəllimlər tərəfindən monitorinq nəticələrinin yaxşılaşdırılması istiqamətində bir sıra təkliflər səsləndirilib və bu sahədə növbəti il üçün görüləcək tədbirlər planı müzakirə olunub.
İclas zamanı sağlam və psixoloji cəhətdən təhlükəsiz məktəb mühitinin qorunması məsələsinə də xüsusi diqqət yetirilib. Şagirdlərin psixoloji sağlamlığının təmin olunması, fərdi tədris planlarının icrası və təlimdə çətinlik çəkən şagirdlərlə işin effektivliyinin artırılması istiqamətində görülən işlər qiymətləndirilib.
Tədris prosesində şagirdlərin üzləşdiyi çətinliklər və bu problemlərin aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Müəllimlərin və rəhbər heyətin iştirakı ilə dərslərin daha effektiv təşkili, təlim-tərbiyə prosesinin müasir tələblərə uyğun qurulması və qarşıdan gələn dövrdə həyata keçiriləcək tədbirlər ətraflı müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclas məktəbdaxili koordinasiyanın gücləndirilməsi, müəllimlər arasında əməkdaşlığın artırılması və ümumilikdə tədris keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
#PedaqojiŞura202