IV–VI sinif şagirdləri ilə monitorinq öncəsi psixoloji dəstək görüşü keçirilib

IV–VI sinif şagirdləri ilə monitorinq öncəsi psixoloji dəstək görüşü keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 17 may tarixində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV, 18 may tarixində isə VI siniflərində şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, tədrisin keyfiyyətinin artırılması və səriştə əsaslı qiymətləndirmənin təşviqi istiqamətində tədbirlərin görülməsi məqsədilə monitorinq təşkil olunacaq.
Məktəbin psixoloqu tərəfindən şagirdlərdə monitorinq imtahanına hazırlıq prosesini daha rahat keçirmək, imtahan öncəsi yaranan həyəcan və narahatlıqları minimuma endirmək, özünəinam hissini gücləndirmək, emosional dayanıqlılığı artırmaq məqsədilə
şagirdlərlə profilaktik söhbət aparılmışdır.