Şəhid İbrahimov İsrafilin ailəsi ziyarət olundu

Şəhid İbrahimov İsrafilin ailəsi ziyarət olundu
Məktəbimizin keçmiş şagirdi, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş İbrahimov İsrafilin ailəsi məktəbimizin müəllim və şagird kollektivi tərəfindən ziyarət olundu. Ziyarətin məqsədi şəhidimizin əziz xatirəsini yad etmək, ailəsinə ehtiram göstərmək və gənc nəsildə vətənpərvərlik ruhunu daha da gücləndirmək idi.
Görüş zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolu, fədakarlığı və vətənə bağlılığı barədə danışıldı. Şagirdlər şəhidimizin ailəsinə öz minnətdarlıqlarını bildirdilər, məktəbdə onun xatirəsinin daim yaşayacağını vurğuladılar.
Qeyd edək ki, İsrafil İbrahimov məktəbimizin yetirməsi olmuş, təhsili dövründə intizamlılığı, vətənə sevgi ilə seçilmişdir. Onun şücaəti bu gün məktəbimizin şagirdlərinə örnəkdir.
Allah şəhidimizə rəhmət eləsin. Xatirəsi əbədi yaşayacaq!