Ailə – hər bir uşağın ilk sosial məktəbidir…

Ailə – hər bir uşağın ilk sosial məktəbidir…
5-ci sinif şagirdlərimizlə birlikdə “Ailə Günü” münasibətilə həyata keçirdiyimiz inkişafetdirici, profilaktik və maarifləndirici fəaliyyət çərçivəsində uşaqlar ailə anlayışını daha dərindən anlamaq və hiss etdiklərini ifadə etmək imkanı qazandılar.
Dərs zamanı şagirdlər rəsmlər çəkərək, kiçik yazılarla və təqdimatlarla öz ailə üzvlərini və onlara olan sevgilərini ifadə etdilər. Bu fəaliyyət həm onların emosional ifadə bacarıqlarını, həm də ailəyə bağlılıq duyğusunu gücləndirməyə yönəlmişdir.
Ailə dəyərlərinin uşaqların psixososial inkişafındakı rolunu vurğulamaq, onların ailə içi münasibətləri haqqında düşünməsinə şərait yaratmaq və müsbət model formalaşdırmaq əsas məqsədimiz idi.
Unutmayaq ki, sağlam cəmiyyətin təməli – sağlam ailədən başlayır.
Psixoloq: Türkan Nəcəfova