Musiqi aylığı çərçivəsində 1a sinfində dərsdinləmə təşkil olundu.

Musiqi aylığı çərçivəsində 1a sinfində dərsdinləmə təşkil olundu.
Dərsin mövzusu “Hər birimiz bir çiçək” idi.
Şagirdlər əvvəlcə “Bənövşə” mahnısının xarakterini müəyyən etdilər, sonra isə onu sevə-sevə ifa etdilər. Musiqinin sakit və zərif ahəngi ilə uyğunlaşaraq duyğularını səslə ifadə etdilər.
Ardınca “Qızılgül” Azərbaycan xalq rəqsini temp və xarakterinə uyğun hərəkətlərlə canlandırdılar. Şagirdlər ritmi hiss edərək birlikdə hərəkət etdilər, səhnədə əsl musiqi duyumu nümayiş etdirdilər.
Bu dərs uşaqlara musiqi duyumu ilə yanaşı, kollektiv şəkildə işləmək, gözəlliyi və ahəngi hiss etmək bacarığını da aşıladı. Çünki musiqi ilə böyüyən uşaq, hiss etməyi və paylaşmağı öyrənir.
Müəllimə: Əzizova Nahidə
Hər biri bir çiçəkdir – bu sinif isə rəngarəng bir bağçadır.