Professor Zahid Xəlillə Yadda Qalan Görüş

Professor Zahid Xəlillə Yadda Qalan Görüş

Bu gün məktəbimizdə əsl ədəbi-pedaqoji bayram yaşandı. Qonağımız Azərbaycan ədəbiyyatının tanınmış siması – yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil idi. Bu münasibətlə məktəbimizdə maraqlı və mənalı bir tədbir təşkil olundu.
Tədbir zamanı professor Zahid Xəlilin zəngin yaradıcılığına geniş yer verildi, onun poetik dünyası, fikir dərinliyi və ədəbi irsi barədə ətraflı məlumatlar təqdim olundu. Şagirdlər və müəllimlər müəllifin şeirlərini dinləyərək sözün ruhunu, qələmin gücünü bir daha hiss etdilər.
Görüşün sonunda şagirdlər və müəllimlər qonağa maraqlı suallar ünvanladılar. Zahid Xəlilin səmimi və dərin cavabları auditoriyada böyük maraq doğurdu, tədbir əsl bilik və ilham mənbəyinə çevrildi.
Məktəb kollektivi adından professor Zahid Xəlilə dəyərli vaxtını bizimlə paylaşdığı üçün təşəkkür edir, yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi