1a, 1b sinif şagirdləri ilə “Mənim bir illik kiçik dünyam” adlı məşğələ təşkil olundu.

1a, 1b sinif şagirdləri ilə “Mənim bir illik kiçik dünyam” adlı məşğələ təşkil olundu. Psixoloq tərəfindən keçirilən çalışmada məqsəd – onların bir il ərzində nələri öyrəndiklərini, hansı bacarıqları qazandıqlarını və öz kiçik dünyalarına nələr qatdıqlarını kəşf etməyə kömək etmək, şagirdlərin sosial-emosional bacarıqlarını (özünüifadə, refleksiya, estetik düşüncə) dəstəkləmək və inkişaf etdirməkdir.
Bu çalışma ilə uşaqlarda fərqindəlik yaradıldı, onlar öz inkişafını görmək və paylaşmaq fürsəti qazandılar.