2-ci sinif şagirdləri ilə “Həndəsi fiqurlarla təfəkkür və təxəyyülün inkişafı” vasitəsilə inkişafetdirici məşğələ təşkil olundu.

2-ci sinif şagirdləri ilə “Həndəsi fiqurlarla təfəkkür və təxəyyülün inkişafı” vasitəsilə inkişafetdirici məşğələ təşkil olundu. Bununla həm məntiqi təfəkkürü, həm də yaradıcı təxəyyülü gücləndirən bir fəaliyyət həyata keçirildi. Məqsəd həndəsi fiqurlardan istifadə edərək uşaqların düşünmə bacarığını və təsəvvür gücünü inkişaf etdirmək. Bu tapşırıq vasitəsilə:
Təfəkkür bacarıqları:
• Məntiqi və analitik düşünmə
• Səbəb-nəticə əlaqəsi qurmaq
• Fiqurlar arasında əlaqə yaratmaq
Təxəyyül və yaradıcı düşüncə:
• Fiqurlardan fərqli mənalar çıxarma bacarığı
• Xəyali obyektlər və situasiyalar qurmaq
Problem həll etmə və çevik düşünmə:
• Mövcud elementlərdən yeni ideya yaratmaq
Estetik və vizual düşüncə
Emosional ifadə və özünü tanıma:
• Öz düşüncəsini vizual şəkildə ifadə etmə
• Daxili dünyasını tanımaq və təqdim etmək
Fərdi və orijinal yanaşma:
• Kopyalamadan, sərbəst və fərqli düşünmək
• Öz baxış bucağını yaratmaq və qorumaq kimi bacarıqlar inkişaf etdirildi. Nəticə sadəcə rəsmlər deyildi — uşaq beyninin sərhədsizliyi, müxtəlif yaradıcılıq qabiyyəti əks etdirildi.
Psixoloq: Türkan Nəcəfova