2a sinif şagirdimiz Oqtay Abduləliyev FİSO Beynəlxalq Riyaziyyat Olimpiadasında II yer gümüş medal qazandı.

2a sinif şagirdimiz Oqtay Abduləliyev FİSO Beynəlxalq Riyaziyyat Olimpiadasında II yer gümüş medal qazandı.
Şagirdimiz Oqtay Abduləliyev riyaziyyat sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək FİSO – Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla iştirak etmiş və gümüş medala layiq görülmüşdür.
Bu nüfuzlu yarışma şagirdlərin məntiqi düşüncə tərzini, analitik qabiliyyətini və riyazi yanaşma bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Oqtayın bu uğuru həm onun şəxsi zəhmətinin, həm də müəllimlərinin dəstəyinin parlaq nəticəsidir.
Şagirdimizi təbrik edir, elmi nailiyyətlərinin davamlı olmasını arzulayırıq.