IX sinif şagirdləri ilə “Breyn Rinq” psixo-intellektual yarış təşkil olundu

IX sinif şagirdləri ilə “Breyn Rinq” psixo-intellektual yarış təşkil olundu

 

Məktəbimizdə IX sinif şagirdlərinin iştirakı ilə maraqlı və maarifləndirici “Breyn Rinq” psixo-intellektual yarış keçirildi.

Beş mərhələdən ibarət olan bu yarışın əsas məqsədi şagirdlərin psixo-emosional vəziyyətinin yaxşılaşdırılması, sağlam rəqabət hissinin aşılanması və intellektual bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Yarış boyunca şagirdlər məntiqi düşüncə, diqqət, çeviklik və ümumi dünyagörüşlərini nümayiş etdirdilər.   

 

Coğrafiya aylığı çərçivəsində keçirilən tədbirdə coğrafi biliklərə dair suallara da xüsusi yer ayrılmış, şagirdlərin bu sahədəki bilikləri sınaqdan keçirilmişdir.

 

Şagirdlər yarışda həm fərdi, həm də komanda şəklində fəal iştirak etdilər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilmişlər.

Yarış psixoloq Türkan Nəcəfovanın, UBTR Aygün İsmayılovanın və müəllimlər Türkanə Abdulova və Firəngiz Əliyevanın təşkilatçılığı ilə həyata keçirilmişdir.

 

Bu cür yarışlar şagirdlərimizin həm psixoloji, həm də intellektual inkişafına töhfə verir və onlarda özünəinamın gücləndirilməsində mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi