Şəhid baş leytenant Sahib Daşdəmirovun doğum günü qeyd olundu

Şəhid baş leytenant Sahib Daşdəmirovun doğum günü qeyd olundu

Bu gün Vətən uğrunda canını fəda etmiş şəhid baş Leytenant, məktəbimizin məzunu Sahib Natiq oğlu Daşdəmirovun doğum günüdür. Bu münasibətlə məktəb rəhbərliyi, bir qrup müəllim və şagirdlər onun xatirəsini dərin ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət etmişlər.

Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülmüş, onun ruhuna dualar oxunmuş, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir. Müəllimlər çıxış edərək Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacağını vurğulamışdır.

Şəhid Sahib Daşdəmirovun igidliyi və vətənə olan sonsuz sevgisi gələcək nəsillər üçün örnəkdir. Onun əziz xatirəsi hər zaman ehtiramla anılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi