Birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı açıqlandı

Birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçiminin vaxtı açıqlandı

2025–2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://mektebeqebul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilmişdir. 
Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may 2025-ci il saat 15:00-da aktivləşəcək.
Valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələri xahiş olunur.
2025-2026-cı il 1-ci siniflərdə dərs deyəcək müəllimlərimiz
Mirzəyeva Şəfa Müzəffər qızı - N Tusi adına Pedaqoji universitetin  ibtidai təhsilin pedaqogikasi və metodikası fakültəsini bitirmiş, 2000-ci ildən məktəbimizdə ibtidai sinif müəllimi olaraq fəaliyyət gostərir.
Hüseynova Ülviyyə İntiqam qızı- Naxçıvan Müəllimlər İnstitutun (bakalavr) İbtidai sinif müəllimliyi ixtisasini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura təhsilini ADPU İbtidai sinifdə tədrisin metodika ve metodologiyası ixtisasında davam etdirmişdir. 2016ci ildən pedaqoji fəaliyyətə baslamışdır.

#MÜTDA #EduAz #BirinciSinfəQəbul

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi